Şirkət haqqında


YER xSP Servers

YER Hostinq Provayderi olaraq məqsədimiz – Azərbaycanda hər kəs üçün əlçatan, stabil və sərfəli hostinq xidmətləri təqdim etməkdir. 2005-ci ildən fəaliyyət göstərən şirkətimiz bu illər ərzində minlərlə müştərinin etimadını qazanaraq müxtəlif səviyyəli layihələrin internetdə yerləşdirilməsi üçün etibarlı tərəfdaş olmuşdur.

İllərin təcrübəsinə əsaslanaraq, həm fərdi istifadəçilər, həm də bizneslər üçün müxtəlif hostinq həlləri təqdim edirik. Müxtəlif çətinlik dərəcəsinə malik saytların, sistemlərin və onlayn layihələrin stabil şəkildə fəaliyyət göstərməsi üçün güclü infrastruktur yaradır və müştərilərimizin rəqəmsal mühitdə güclənməsinə dəstək oluruq.